“Biz rusiyalı oliqarxların Türkiyədə iş qurmasını qadağan etməmişik” – Mövlud Çavuşoğlu
“Türkiyədə qanuni olan hər şeyə icazə verilir. Bu, bizim əsas prinsipimizdir. İstər rusiyalı oliqarxlar, istərsə də istənilən Rusiya vətəndaşı Türkiyəyə səfər edə bilər. Əgər onların Türkiyədə bizneslə məşğul olub-olmadığını soruşursunuzsa, bu, qanunidirsə, beynəlxalq hüquqa zidd deyilsə, biz qadağan etmirik”.
İNFONEWS xəbər verir ki, bu sözləri Qətərin paytaxtı Dohada keçirilən Forumda çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyəli diplomat Ukryanada hərbi əməliyyatlar başlayandan sonra bu ölkəni tərk edib Türkiyəyə gələn insanların sayının 60 mini keçdiyini də vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır