1557 nəfər işlə təmin olunub
1557 nəfər şəhid ailə üzvü, qazi, müharibə iştirakçısı, hərbçi və onların ailə üzvü Təhsil Nazirliyi tərəfindən işlə təmin olunub. Onlardan 198 nəfəri cari ilin ilk iki ayı üzrə işə qəbul olunanlardır. Məqsəd onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsidir.
Nazirlikdən “İNFONEWS”-a verilən məlumata görə, işlə təmin olunma prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən start verilən “Məşğulluq marafonu” çərçivəsində həyata keçirilib.