Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olundu
“İNFONEWS” xəbər verir.
Ötən gün 84 yaşında vəfat edən eks-prezident I Fəxri Xiyabanda dəfn olunub.
Dəfn mərasimində mərhumun ailə üzvləri, millət vəkilləri, bir sıra ziyalılar iştirak edib.
Qeyd edək ki, eks-prezidentin dəfn mərasimi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə həyata keçirilib.
Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib. Həmin vaxtdan etibarən 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.