Ağ Ev Bayden-Putin görüşü üçün şərtləri açıqlayıb

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında istənilən təmas Ukraynadakı vəziyyətin deeskalasiyasını və Rusiya Federasiyasının diplomatiyaya həqiqi hazırlığını tələb edəcək.

İNFONEWS-un məlumatına görə, bu barədə çərşənbə axşamı, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib.

“Biz açıq şəkildə deyirik, Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya tərəfindən ciddi deeskalasiya və Prezidentin bu cür söhbətə başlamazdan əvvəl diplomatiyaya aydın, həqiqi öhdəliyi lazımdır”, – o deyib.

Qeyd edək ki, Cozef Bayden də rusiyalı həmkarı Vladimir Putinlə təmasları istisna etməyib. O bildirib ki, bu, Rusiya Prezidentinin nəyi müzakirə etmək istəməsindən asılıdır.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir