KOBİA nümayəndələri İordaniyaya səfər edəcək
“İNFONEWS” xəbər verir.
Dubayda keçirilən 11-ci İllik İnvestisiya Toplantısı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın İnvestisiya Nazirliyinin Baş katibi Zaher Əl-Qatarneh və İordaniya İş Adamları Assosiasiyasının Baş direktoru Tariq Hicazi ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlıq imkanlarına, sahibkarların və agentliyin nümayəndələrinin İordaniyaya nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb.