“Hazırda COVID-19-la əlaqədar çağırışlar çox azdır”
“İNFONEWS” xəbər verir.
COVID-19-a yoluxanların statistikasında eniş olduqca, bu, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayından da yan keçmir. Hazırda yoluxma sayı çox aşağı rəqəmlərlə ifadə olunur. Gün ərzində daxil olan müraciətlər arasında COVID-19-la da bağlı çağırışlar var. Lakin bayramdan əvvəl olduğu kimi hazırda da bununla bağlı müraciətlər çox azdır.
Bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.
“Özündə koronavirus əlamətləri müşahidə edən şəxslərin müraciəti çox az hallarda qeydə alınır”, – deyə N.Fərzəliyeva qeyd edib.