Lavrov: “Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyiş var”
Bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını irəliləyiş kimi qiymətləndirmək olar.
“INFONEWS” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz dünən İstanbulda keçirilən danışıqların nəticələrini müsbət irəliləyiş kimi qiymətləndiririk. Bu, hələ ki, yekun nəticə deyil”, – nazir jurnalistlərə deyib.
Xatırladaq ki, martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutub. Dolmabaxça sarayında mətbuata qapalı keçirilən görüş təxminən üç saat davam edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır