Rusiya ağır itkilərlə qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərindən çıxarıb

Rusiya ağır itkilərlə qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərindən çıxarıb

“Rusiyanın silahlı qüvvələri Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir, bununla yanaşı, qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərinin ərazisindən çıxarır”.

İNFONEWS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbukdakı səhifəsində məlumat yayıb.

“Düşmən xeyli itki verməkdə davam edir. Əldə olan məlumata görə, martın 28-də 83-cü əlahiddə hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Onların sayı 200-ə yaxındır”, – məlumatda bildirilir.

Baş Qərargah qeyd edib ki, işğalçılar texnikanın döyüşə çıxarılmasında ciddi çətinliklər yaşayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir