ABŞ senatoru: “Ukraynada müharibə həlledici dövrə qədəm qoyur”
“Ukraynada müharibə həlledici dövrə qədəm qoyur”.
İNFONEWS xəbər verir ki, bunu ABŞ senatoru Anqus Kinq CNN-ə müsahibəsində deyib.
“Putinin ümidsizliyi daha da artır. Ukrayna Silahlı Qüvvələrinin növbəti 2 həftə ərzində nümayiş etdirdiyi döyüş qabiliyyəti proseslərdə ciddi rol oynaya bilər. Rusiya qoşunları istiqamətlərini dəyişiblər. Onlar artıq şərqə doğru hərəkət edirlər”, – o söyləyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyatın birinci mərhələsinin başa çatdığını bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır