Avstraliyada hərbi helikopter qəzaya uğrayıb

Avstraliyada hərbi helikopter qəzaya uğrayıb

Avstraliya müdafiə qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

İNFONEWS  ABC-yə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 5 nəfər olub.

Məlumata görə, eyni istiqamətdə uçan iki helikopterdən biri Melburn şəhərinin şimalında Mont Disappointment bölgəsində hələ bilinməyən səbəbdən meşəyə düşüb.

Axtarış-əməliyyat nəticəsində helikopterin yeri təsbit edilib. Hələlik heyət üzvlərinin taleyindən xəbər yoxdur.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir