Ukrayna NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək
NATO xarici işlər nazirləri aprelin 6-7-də Brüsseldə görüşəcək.
İNFONEWS bu barədə “Haber Global”a istinadən xəbər verir.
Bildirilib ki, NATO xarici işlər nazirlərinin toplantısına alyansın Baş katibi Yens Stoltenberq sədrlik edəcək.
“Baş katib aprelin 5-də mətbuat konfransı keçirəcək. İclas aprelin 6-da işgüzar naharla başlayacaq. Aprelin 7-də iki sessiya olacaq. Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç, Ukraynanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti ilk iclasda iştirak edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır