Ombudsman Aparatının nümayəndələri HDQ-də olublar

Ombudsman Aparatının nümayəndələri HDQ-də olublar

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana, tibb məntəqəsi, qərargah binası və digər obyektlərə baş çəkiblər.

Daha sonra şəxsi heyətlə görüşən Ombudsman Aparatının nümayəndələri insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyaraq şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

 “İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir