Yəməndə iki aylıq atəşkəs sazişi qüvvəyə minib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası və Yəməndəki husi üsyançıları iki aylıq atəşkəs barədə razılığa gəliblər.
Bu barədə “İNFONEWS” xarici mətbuata istinadən xəbər verir.
Müqavilə bu gün qüvvəyə minib və Ramazan ayının başlanmasına təsadüf edib. Atəşkəsin müddəti uzadıla bilər.
BMT-nin baş katibi Antoniu Quterreş bildirib ki, Yəməndə qüvvəyə minən iki aylıq atəşkəs ölkədə dağıdıcı müharibəyə son qoymaq yolunda ilk addım olmalıdır.
Quttereş əlavə edib ki, bərpa oluna bilən atəşkəs Yəməndə təcili humanitar və iqtisadi ehtiyacların qarşılanmasına qapı açır və siyasi prosesin yenidən başlaması üçün real fürsət yaradır.
BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqin sözlərinə görə, atəşkəs razılaşması hücum, hava, quru və dəniz əməliyyatlarının hamısının dayandırılmasını nəzərdə tutur.
Tərəflər yanacaq daşıyan gəmilərin Hudeyda bölgəsindəki limanlara, kommersiya uçuşları isə paytaxt Səna hava limanından regionda əvvəlcədən müəyyən edilmiş istiqamətlərə həyata keçirəcəyini razılaşdırıblar.
Həmçinin Taiz və digər əyalətlərdə yolların açılması üçün BMT-nin xüsusi nümayəndəsinin himayəsi altında gör
BMT üşmək barədə razılıq əldə olunub.
Xatırladaq ki, Yəməndə vətəndaş müharibəsi 2015-ci ildən davam edir. BMT-nin hesabatlarına görə, müharibə başlayandan 2021-ci ilin sonuna qədər 377 min insan hərbi əməliyyatların qurbanı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır