Hava proqnozu: Azərbaycanda 4 apreldə hava necə olacaqdır?

Hava proqnozu: Azərbaycanda 4 apreldə hava necə olacaqdır?

“İNFONEWS” hava proqnozunu təqdim edir.

Azərbaycanda aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi əsəcək, səhər güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 14-16° isti, Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.

(Foto: Elnur Musayev)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir