Azərbaycanda iri elmi-praktik seminar keçirildi – FOTOLAR

Azərbaycanda iri elmi-praktik seminar keçirildi – FOTOLAR

Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası, Milli Nevroloqlar Assosiasiyasının və Health and Science İnitiatives -in Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı ilə 01-02 aprel 2022-ci il tarixində, Park İnn by Radisson Hoteldə təşkil olunmuş  “Hərəkət pozuntuları. Modul 1” beynəlxalq elmi-praktik seminarı uğurla başa çatdı.
INFONEWS  xəbər verir ki, tədbirdə açılışı Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası və  Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının müdiri Prof. Dr. Aytən Məmmədbəyli edib.
Qardaş ölkədən olan  Mersin Universiteti Tibb Fakultəsi  Nevrologiya kafedrasnın professoru Dr.Okan Doğu,  Eskişehir Osmanqazi Universiteti Tibb Fakultəsi  Nevrologiya kafedrasnın professoru Dr. Serhat Özkan, eləcə də Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının əməkdaşları tibb elmləri namizədi dossent Fərid Məmmədbəyov, tibb elmləri namizədi dossent Mahirə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-nevrofizioloji laboratoriyasının elmi işçisi Dr. Mərziyyə Məmmədova çıxış edib.
Daha sonra Bakı şəhərində müxtəlif klinikalarda çalışan həkimlər – Pərvin Allahyarova, Kübra Hümmətova və Röyanə Quluzadə öz təcrübələridə raslaşdıqları  maraqlı kliniki halları tədbir iştirakçıları ilə böıüşüb.
 Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”ı əsasında Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub və 12 kredit balı qazanıb.
Seminar hybrid formatda təşkil edilib. Belə ki, tədbirdə canlı və online formatda 100-dək həkim iştirak edib. Seminar zamanı canlı pasiyentlərin nümayişi aparılıb, bu da tədbir iştirakçılarının əyani şəkildə hər bir kliniki halın açıq müzakirəsində interaktiv iştirak etməsinə şərait yaradıb.
Sonda iştirakçılar tədbirin təşkilində Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasına, Türkiyəli beynəlxalq ekspertlərə və əməyi keçən hər kəsə minnətdarlıq sözlərini ifadə edərək belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir