Azərbaycanda ilk dəfə I Uşaq Kitab Festivalı keçirildi

Azərbaycanda ilk dəfə I Uşaq Kitab Festivalı keçirildi

Bakıda I Uşaq Kitab Festivalı

“İNFONEWS” xəbər verir.

Azərbaycanda ilk dəfə Uşaq Kitab Festivalı təşkil olunub.

Qeyd etdiyimiz kimi, festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə baş tutub.

Yarmarka – festivalda  müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də tanınmış şəxslər iştirak edərək, nəfis tərtibatda, bir-birindən maraqlı, rəngarəng uşaq kitablarını, eləcə də öz şəxsi kitabxanalarından kitablarını təqdim ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanovun, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Əliyevin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, millət vəkili Bahar Muradovanın, “Qanun Nəşriyyatı”nın rəhbəri Şahbaz Xuduoğlunun, həmçinin tanınmış əməkdar artist Bəhram Bağırzadənin və digər ziyalıların qatıldığı tədbirdə, Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçılarının imza mərasimləri keçirilib. Burada təşkil edilmiş müxtəlif panellər, yarışmalar, nağıl, tamaşa saatları, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüşlər festivalı daha da maraqlı və yaddaqalan edib.

Paytaxta keçirlən kitab sərgisi daha sonra Quba, Şəki, Gəncə və digər regionlarda davam edəcək.

Foto: Əli Həsənov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir