Hava proqnozu: Azərbaycanda 5 apreldə hava necə olacaqdır?
“İNFONEWS” xəbər verir.
Azərbaycanda aprelin 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 2-6°, gündüz 9-14° isti olacaq.