27 il sonra Ağdamda nələr gördüm?!

27 il sonra Ağdamda nələr gördüm?!

Bakıdan cıxmışıq, istiqamət Ağdamdır. Bir gün ərzində işğaldan azad olunmuş bu rayonda erməni vəhşiliyinin işlərini gözlərimizlə görəcək, orada yerləşən tarixi abidələrin hazırkı vəziyyətini öyrənməyə çalışacağıq.Onu da deyim ki, maraqlı olduğu qədər də, təhlükəli bir səfərdir.

Müzəffər Azərbaycan Ordusu bu ərazilərə nəzarət etsə də 30 il ərzində ermənilər bura çox sürprizlər qoyub gediblər.

Evoğlu postu. 27 sentyabra qədər ermənilərlə sonuncu təmas xətti….

Əziz Oxucu… Bu yazıda sevinclə yazılmış cümlələr də oxuyacaqsan, qəhərdən doğan cümlələr də. Azad olunmuş torpaqların məsudluğunu da yaşayacağıq, məscidlərdən, ocaqlardan, türbələrdən, uca-uca binalardan, dumduru bulaqlardan geridə qalan xarabalığın məyusluğunu da.

Ağam şəhərim! Adam şəhərim!

Ağdam şəhərim!

Şükür külünə,şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb,yüz min dəliynən gəlirik.

Bir “Uzundərə” havası çal,

çıx Bərdə yoluna

Uzundərəynən gəlirik…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto: Fariz Faiqoğlu  (02.12.2020)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir