İNFONEWS xəbər verir
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres tərəfindən rəsmi olaraq təsdiqlənən ölkədəki seçkilərin nəticələri ilə razılaşmasa da, hakimiyyətin 20 yanvarda ötürülməsi baş tutacaq.
Bu barədə ABŞ liderinin köməkçisi Deniel Skavino dövlət başçısı adından “Twitter”də yazıb.
“Seçkilərin nəticəsi ilə tamamilə razılaşmasam da, hakimiyyətin ötürülməsi 20 yanvarda lazımi qaydada həyata keçiriləcək”.
Bu gün ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası Trampın rəqibi demokrat Cozef Baydenin qələbəsini təsdiqləyib.
Xatırladaq ki, sosial şəbəkələrdə Trampın hesabları dondurulub.