“Əvvəl ofissiz həm seçicilər, həm də komandamız çox əziyyət çəkirdik”

“Əvvəl ofissiz həm seçicilər, həm də komandamız çox əziyyət çəkirdik”

“İNFONEWS” xəbər verir.

Əziz Bakıxanov qəsəbəsinin sakinləri!
Milli Məclisdə təmsil etdiyim 26 saylı Sabunçu 1-ci seçki dairəsinin seçicilərinin qəbulu üçün yeni ofisimiz açıldı.
Bunu millət vəkili Fazil Mustafa bir neçə gün öncə özünün “Facebook” sosial şəbəkə hesabından yazıb.
Dünən isə deputat Bakıxanov qəsəbəsindəki ofisində seçiciləri ilə ilk görüşünü keçirib.
“Əvvəl ofissiz həm seçicilər, həm də komandamız çox əziyyət çəkirdik. İndi artıq hər bazar ertəsi günü saat 17.00-19.00-da şəxsən mənə, eyni vaxtlarda çərşənbə və cümə günləri də koməkçilərimizə müraciət edə bilərlər” – deyə, paylaşım edib. Bu, Fazil Mustafanın izləyiciləri, eləcə də onu sosial şəbəkədən izləyən seçiciləri tərəfindən böyük maraq və hörmətlə qarşılanıb, paylaşımın şərh hissəsində ona çoxsaylı uğurlar yazılıb.
Millət vəkilinin qəbul ofisinin ünvanını bir daha qeyd edirik:
Bakı şəhəri, Bakıxanov qəs., Sülh küçəsi, 35
(Bakıxanov qəsəbəsi, ASAN Xidmət Mərkəzi ilə üz-üzə 5 mərtəbəli binanın 1-ci mərtəbəsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir