“Bəziləri özlərini sanki toxunulmaz elan edib”-Elşad Hacıyev

“Bəziləri özlərini sanki toxunulmaz elan edib”-Elşad Hacıyev

“Bəziləri özlərini sanki toxunulmaz elan edib”.

“İNFONEWS”-un məlumatına görə, bu fikirləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev feysbuk paylaşımında qeyd edib.

“Postmodernizm budur? Yeni dəb düşüb, başqa formada… Qayda pozuntusuna görə polisin qanuni tədbir görməsindən qeyzlənib sosial şəbəkələrdə post, yaxud rəylər yazırlar. Hətta müraciətlər edilir ki, şəxsi avtomobilləri “xüsusi” işarələnməli, həmin avtomobillərə “xüsusi təyinatlı buraxılış” verilməlidir ki, polis onları dayandırmasın, radara düşməsinlər. İzah edir ki, “axı, mən filankəsəm…”, – deyə o vurğulayıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir