Bakıda maşını götürmədən yolu asfaltlayıblar

Bakıda maşını götürmədən yolu asfaltlayıblar

“İNFONEWS” xəbər verir.

Bakıda təmir zamanı yolun kənarına park edilən avtomobilin olduğu yerə asfalt vurulmayıb.

“AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı maşına toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdu. Astalt da elədir ki, o gətiriləndə tempiratur soyumamış döşənməlidir. Ona görə də belə bir hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib. Artıq bu gün o məsələ aradan qaldırılacaq, problem öz həllini tapacaq”

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı açıqlamasında deyib.

Qeyd edək ki, foto Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkildiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir