“Yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil” – TƏBİB-dən açıqlama

İNFONEWS “Trend”-ə istinadən xəbər verir.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib ki, ölkədə COVİD-19-a yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil.

Onun sözlərinə görə, sərt karantin tədbirlərinin yeni başlandığı günlərdə gündəlik yoluxma sayı 4000, hətta 5000-ə çata biləcək qədər idi:

“Bu gün isə gündəlik yoluxma sayı 1000-dən aşağı enib. Yoluxma sayının sağalma sayından az olması, bəzi günlərdə hətta iki dəfəyədək az olması ilə xəstəxanalarda yataq yerləri boşalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir