Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro yardım ayırıb
Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro yardım ayırıb.
İNFONEWS xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel tviter səhifəsində yazıb.
“Dobassa səfərimdən 3 ay sonra yenidən Ukraynanın Baş naziri ilə görüşümdən məmnun oldum. Biz Ukraynanın cəsarətli müdafiəsinə töhfə verməyə davam edirik. Bunun üçün Avropa Sülh Fondu çərçivəsində Ukraynaya əlavə 500 milyon avro ayırırıq”, – o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır