Britaniya MN: “Ukraynanın cənubunda və şərqində fəallığın artırılması gözlənilir”
“Rusiya Silahlı Qüvvələrinin əsas səyləri Donbas, Mariupol və Nikolayev istiqamətlərinə yönəlib”.
İNFONEWS “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın cənubunda və şərqində fəallığının artırılması gözlənilir: “Lakin Rusiyanın Krım və Donbasda quru dəhlizi yaratmaq cəhdləri Ukraynanın müqaviməti ilə qarşılanır. Bundan başqa, Rusiya Silahlı Qüvvələri Ukraynanın mülki şəxslərini hədəf almaqda davam edir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır