Paşinyanın Moskvaya səfərinin tarixi açıqlanıb

Paşinyanın Moskvaya səfərinin tarixi açıqlanıb

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək.

INFONEWS “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair başqa mövzuların müzakirəsi gözlənilir.

Qeyd edək ki, Nikol Paşinyanın aprelin ikinci ongünlüyündə Moskvaya səfəri barədə xəbər yayılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir