İNFONEWS xəbər verir ki, “Beşiktaş”ın transfer siyasında birinci sırada qərarlaşan Mario Mandzukiçin İstanbul nəhəngindən tələbləri ortaya çıxıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Belə ki, “ağ-qaralar” futbolçuya altı aylıq müqavilə və bir milyon avro təklif edib. Lakin Mario Mandzukiçin klubdan tələbi bundan artıq olub.
İstanbul klubundan 1.5 illik müqavilə tələb edən futbolçu, həmçinin, bu müddətdə ümumilikdə altı milyon avro maaş istəyib.