“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsinə start verilir
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Klubunun təşəbbüsü və təşkilatçılığı və “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi ilə “Aprel döyüşləri – bizi Zəfərə aparan yolun ilk addımı, Azərbaycanın Milli Qəhrəmanlıq Tarixinin ən əsas səhifəsidir” mövzusuna həsr edilən ” “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsinin açıq elan edir.
UNEC -dən verilən məlumata görə, müsabiqənin rəhbəri ÜFTTD- nin Tələbə Elmi Klununun sədri “Humanitar fənlər” kafedrasının baş müəllimi tar.ü.f.d. Cəmilə Həsənovadır.
“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqədə iştirak etmək istəyənlər üçün şərtlər:
1. Esselər 10 aprel tarixinədək “[email protected]” e- poçt ünvanına göndərilməlidir.
2. Esselər 2 səhifədən artıq olmamalıdır.
Esselər “İNFONEWS” İnformasiya Agentliyinin saytında aprelin 12-dən 16-dək yayımlanacaqdır. Həyata keçiriləcək səsvermənin nəticəsinə əsasən qaliblər müəyyən ediləcək.
18 aprel tarixində səsvermənin nəticələriləri elan ediləcəyi, 20 apreldə isə müsabiqə qaliblərinin müvafiq sertifikatlarla təltif edilməsi nəzərdə tutulub.