Fransada prezident seçkiləri başlayıb
Fransada prezident seçkilərinin birinci turunda səsvermələr başlayıb.
“İNFONEWS”–un məlumatına görə, 70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb, lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq. Əksər yaşayış məntəqələrində onlar seçiciləri saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.
Seçkilərdə səs vermək üçün Fransa vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.
Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.
Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı “Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, “Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.
Seçkilərdə əsas rəqabətin ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı, prezidentliyə ikinci dəfə namizəd olmuş Emmanuel Makron arasında gedəcəyi proqnozlaşdırılır.
Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.