“Gəlin birlikdə qaçaq, Qaçış hamı üçün” şüarı altında yarış keçirilib
Aprel ayının 10-da Azərbaycan Atletika Federasiyası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Gəlin birlikdə qaçaq, Qaçış hamı üçün” şüarı altında yarış keçirildi.
Nazirlikdən “İNFONEWS”-a verilən məlumata görə, yarışın keçirilməsində məqsəd sağlam həyat tərzini təbliğ etmək və idmanın inkişafına töhfə vermək və kütləviyin artırılmasıdır. Yarış Dənizkənarı Milli Parkda “Dəniz Mall Ticarət Mərkəzi”-in yaxınlığında 5 km məsafəni əhatə edirdi.
Yarışda uşaqlar üçün 7-8 yaş 200m, 9-10 yaş 300m, 11-12 yaş 500m məsafələr nəzərdə tutulmuşdu. Yarışda ümumlikdə 200 nəfər iştirak etirdi ki, bunlardan 78-i uşaqlar idi.
Yarışa saat 10:00-da başladı.
Qaliblər qadın, kişi və uşaq yaş qrupları, eləcə də veteranlar kateqoriyalarına görə mükafatlandırıldılar.
Bu yarışın il boyu ölkəmizin müxtəlif bölgələrində müxtəlif məsafələr üzrə keçirilməsi nəzərdə tutulduğu bildirildi.