Məşhur jurnalist Ukrayna müharibəsi barədə sənədli film çəkir
“İNFONEWS” xəbər verir.
Məşhur fransız jurnalist və yazıçı Bernar-anri Levi Kiyevə gəlib.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Fransız jurnalistin Ukraynada baş verən müharibə barədə sənədli film çəkəcəyi bildirilir.
“Dünya həqiqəti bilməlidir. Dünya anlamalıdır ki, biz bu gün təkcə öz torpağımızı və gələcəyimizi deyil, eyni zamanda bütün Avropanın gələcəyini, demokratik dəyərlərini və azadlıq hüququnu qoruyuruq”, – deyə V.Kliçko bildirib.