Gürcüstan əhalisinin 17,5 faizi yaşayış minimumu alır

Gürcüstan əhalisinin 17,5 faizi yaşayış minimumu alır

“İNFONEWS” xəbər verir.

Gürcüstanda əhalinin aztəminatlı hissəsinin və yaşayış minimumu alanların sayı artıb.

Hazırda Gürcüstanda 652 min 096 nəfər yaşayış minimumu alır ki, bu da ölkə əhalisinin 17,5 faizini təşkil edir. 2021-ci ilin dekabr ayında isə bu rəqəm 643 min 167 nəfər olub.

Bu barədə Gürcüstanın Sosial Xidmət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 3 ayda dövlətdən maddi yardım alanların sayı 8929 nəfər artıb. Agentlik dövlətdən daha çox maddi yardım alan bölgələrin siyahısını da tərtib edib.

Paytaxt Tbilisidə yaşayış minimumu alan 132 min 979 nəfərdən 115 min 355-nin həddindən artıq yoxsulluq səviyyəsində yaşadığı müəyyən olunub.

Siyahıda İmereti bölgəsi 84 min 253 nəfərlə ikinci (2021-ci ilin eyni dövründə 68 min 939 nəfər olub), Kvemo Kartli bölgəsi 80 min 089 nəfərlı üçüncü (2021-ci ilin eyni dövründə 64 min 383 nəfər) yerdədir.

Digər bölgələrdə isə göstəricilər bir qədər aşağıdır.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir