Bu universitetinin tələbələri istehsalat təcrübəsinə başlayır

Bu universitetinin tələbələri istehsalat təcrübəsinə başlayır

“İNFONEWS” xəbər verir.

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin III kurs tələbələrinin 2021-2022-ci tədris ilinin II yarımilində keçəcəkləri istehsalat təcrübəsinə həsr edilmiş konfrans olub.

Konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq ali təhsil prosesində qazanılan nəzəri bilikləri istehsalat təcrübəsində möhkəmləndirmək və dərinləşdirmək istiqamətində tələbələrə uğurlar arzu edib.

Konfransda “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun, İqtisadiyyat kafedrasının müdiri, dosent Həsən Məmmədovun və İdarəetmə kafedrasının müdiri, dosent İradə Bağırovanın çıxışları dinlənilib. Qeyd olunub ki, 120 tələbə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində, Dövlət Vergi Xidmətində, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində, Turizm Departamentində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində 7-8 həftəlik təcrübə keçəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir