Rusiya Mariupolda kimyəvi silah tətbiq edib

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

İNFONEWS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayı teleqramda xəbər verib.

Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.

Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.

“Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılmaqla mənşəyi naməlum zəhərli maddədən istifadə edib”, – “Azov”un xəbərində deyilir.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir