“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Zəkəryə Sədiyev

“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Zəkəryə Sədiyev

“İNFONEWS” -da “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Klubunun təşəbbüsü və təşkilatçılığı və “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi ilə “Aprel döyüşləri – bizi Zəfərə aparan  yolun ilk addımı, Azərbaycanın Milli Qəhrəmanlıq Tarixinin ən əsas səhifəsidir” mövzusuna həsr edilən “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!”  esse müsabiqəsi davam edir.

Layihə rəhbəri ÜFTTD- nin Tələbə Elmi Klununun sədri “Humanitar fənlər” kafedrasının baş müəllimi tar.ü.f.d. Cəmilə Həsənova UNEC “Maliyyə və Mühasibat” fakültəsinin I kurs, 698 qrup tələbəsi Zəkəryə Asim oğlu Sədiyevin essesini təqdim edir.

*******

APREL DÖYÜŞLƏRİ – TARİXİ DƏYİŞƏN QƏHRƏMANLIQ SƏHİFƏSİ

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən artıq altı il ötür. Parlaq tarixi qəhrəmanlıq səhnələrimizdən olan Aprel döyüşlərində Azərbaycan ordusu rəşadət göstərdi. Dörd gün davam edən bu döyüşlər nəticəsində Azərbaycan regionda kifayət güc strukturu olduğunu əyani şəkildə nümayiş etdirdi. Bu döyüşlər bölgədə maraqları olan digər dövlətlər üçün siyasi mesajlar kəsb edirdi. Bu döyüşlər Ermənistan silahlılarının atəşkəsi pozması nəticəsində baş vermişdir. 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlamış və aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalmışdır. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycanın 94 hərbi qulluqçusu şəhid olmuş, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı. Görünürdü ki, daha böyük zəfər ixtiyarında olan ordumuzun kiçik irəliləyişi düşməni xeyli qarışıqlığa salmışdı.

Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğal altında saxlayan Ermənistanın əsl mahiyyəti üzə çıxdı. Bölgəni işğal altında saxlayan gücü və status-kvonun qalmasında maraqlı olan dövlətləri bir daha göstərdi. Eyni zamanda aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inandığını sübuta yetirdi. Bu hadisələr Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu göstərdi. Aprel döyüşlərindəki məğlubiyyətdən sonra erməni təbliğatçıları Ermənistan cəmiyyətində ruh yüksəkliyi yaratmaq üçün Türkiyə və Azərbaycan torpaqlarına iddialarını bir daha açıq formada göstərdilər. Ancaq bununla belə, Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlardan sonra Ermənistanda Rusiyaya qarşı çıxışlar da artdı. Yerevanda və Los-Ancelesdə ermənilər Rusiya əleyhinə aksiyalar keçirdilər. Həmin aksiyada “İşğalçı Rusiya Ermənistanı tərk et!”, “Rusiya imperiyadır!” şüarları səslənmişdi. Aprel döyüşləri Azərbaycana torpaqların hərbi yolla işğaldan azad etmək üçün “yaşıl işıq” da yandırdı, bunu reallaşdırmaq üçün Azərbaycanın hər cür imkanı olduğu nümayiş etdirildi. Bizdə Aprel döyüşlərində göstərdiyimiz bu nümayişin qat-qat güclüsünü 2020-ci ildə baş vermiş Vətən müharibəsində göstərərək düşmənlərimizə öz gücümüzü bir daha göstərmiş olduq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir