Bu günə qədər 1483 şəhid ailəsi öhdəliyə götürülüb

İNFONEWSxəbər verir.

8 dekabrda yaradılan “YAŞAT” fondu şəhid ailələrinə əlavə dəstək üçündür.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda hər bir şəhid ailəsi və əlillərin, onların şəraitinin yaxşılaşdırılması üçün proses davam edir: “Fondun fəaliyyəti ilə bağlı mütəmadi məlumatlar verilir. Artıq fondun bir ayı tamam olur. 2706 şəhid və 81 yaralının 11 mindən çox ailə üzvü ilə görüş keçirilib. 2787 ailənin 1483-ü öhdəliyə götürülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir