Dövlət Komissiyasına narkotiklərlə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb
2022-ci ilin yanvar-mart aylarında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına narkotiklərlə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.
Komissiyadan bildirilib ki, “802 qaynar xətt” telefon xidmətinə 498 müraciət daxil olub.
Müraciətlərdən 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-u isə digər məsələlər ilə bağlı olub.
Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 252 məktub ünvanlanıb.