Həmyerlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Həmyerlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Aprelin 18-i saat 23 radələrində Samux rayonu, İstixana qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə  əsaslı şübhələr müəyyən edilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Həmyerlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Həmyerlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir