Bakının bu rayonunda bina 20 ildən artıq QƏZALI VƏZİYYƏTDƏDİR

Bakının bu rayonunda bina 20 ildən çox QƏZALI VƏZİYYƏTDƏDİR

“İNFONEWS” – un işçi heyəti bu gün Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 15 ünvanında yerləşən qəzalı binada olublar.

Sözügedən binanın sakinlərinin məlumatına görə, 20 ildən çoxdur ki, bina qəzalı vəziyyətdədir. Sakinlər binanın 1923-cü ildə inşa edildiyini və 1978-ci ildən etibarən belə bir vəziyyətə düşməsini vurğulayıblar. Eləcə də, dəfələrlə həyətdə oynayan uşaqların başına daş düşdüyünü, xəsarət aldıqlarını söyləyiblər.

Bu günədək sakinlərin aidiyyatı orqanlara müraciətləri nəticəsiz qalıb, bina ilə bağlı burada müvafiq tədbirlər, həmçinin təmir işləri görülməyib.

Qeyd edək ki, əvvəllər bu bina Yeni Bakı Neftayırma zavodunun yataqxanası olub.

Məsələni diqqətdə saxlayacağıq!

Hazırladı: Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir