Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə-Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir