Bakıda Qədr gecəsi -FOTOREPORTAJ
Ötən gecə Qədr gecəsi olub. İslam dininin müqəddəs kitabı olan Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub.
Qədr gecələrində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Bu gecənin müxtəlif əməlləri var ki, onlardan bəzilərini təqdim edirik:
– Səhərə qədər məsciddə ibadət etmək;
– 2 rükət Qədr gecəsi namazı qılmaq;
– 100 rükət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rükətli namazın savabını ödəyir, həm də 6 günlük qəza namazı qılınmış olur;
– İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq;
– Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək;
Müsəlman aləmində olduğu kimi, Azərbaycanda da insanlar məscidlərə toplaşaraq, səhərə kimi ibadət və dualar ediblər.
“İNFONEWS”un əməkdaşı Səbail Rayonu Bibiheybət məscidində Qədr gecəsi ilə bağlı ibadət edənləri kameranın yaddaşına köçürüb:
Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır