Torpaqlarla bağlı Qaydalarda dəyişiklik edilib

Torpaqlarla bağlı Qaydalarda dəyişiklik edilib

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”  qanunlar “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırılıb.

“İNFONEWS” xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, adıçəkilən Qanuna 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsinə edilmiş dəyişikliklə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üçün lisenziya tələbi ləğv edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Qərarına əsasən “dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyləri” sözləri çıxarılıb.

Əsas:

Nazirlər Kabinetinin 169 № li Qərarı

https://nk.gov.az/az/document/6094/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir