Bu şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Bu şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

B.Q.Kərimovun və Y.B.Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Bəxtiyar Qulu oğlu Kərimov və Yaşar Balabəy oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2022-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir