Qvadalaxara şəhəri 2022-ci ilin Dünya Kitab Paytaxtı elan edildi
“İNFONEWS” xəbər verir.
23 aprel tarixi bütün dünyada “Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.
Bu günün tarixinə nəzər salsaq görərik ki, qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. Kitaba və müəlliflərə hörmətin xüsusi göstəricisi kimi, belə bir əlamətdar günü bütün dünyada 1996-cı ildən, Azərbaycanda isə 1997-cı ildən qeyd edilir.
UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, kitablar insanlara fikir mübadiləsi aparmağa, məlumat almağa və müxtəlif xalqların mədəniyyətlərinin zənginliyini ötürməyə kömək edir, onları ayıran məkan və zamandan asılı olmayaraq insanlar arasında geniş dialoq üçün imkanlar açır. Kitabların şəxsi inkişafı təşviq etmək və stimullaşdırmaq üçün danılmaz potensialı var.
2022-ci ilin Dünya Kitab Paytaxtı Meksikanın Qvadalaxara şəhəridir.
Qeyd edək ki, ölkəmizdə bu günü kitabxanalar, kitab evləri, kitab yarmarka və bir sıra nəşriyyat evləri xüsusi coşqu və silsilə tədbirlərlə qeyd edir.
Hər bir azərbaycanlı vətəndaş kimi, bizim də ən böyük arzumuz növbəti dəfə Dünya Kitab Paytaxtının Azərbaycanın şəhərlərindən birinin adının elan edilməsidir.
Foto: Əli Həsənov