İNFONEW “Azvision.az” -a istinadən xəbər verir ki, Eçmiədzində hərbi hissənin qarşısına toplaşan itkin düşmüş hərbi qulluqçuların valideynləri oturaq aksiya keçirirlər.
Bu barədə “news.am” saytı məlumat yayıb.
İtkin düşmüş erməni hərbçilərdən birinin anası Anait Adoyan deyib ki, 81 gündür övladı barədə məlumat ala bilmir:
“Biz hər hansı məlumat almaq istəyirik. Heç bir deputat, məmur bizə cavab vermək istəmir. Onlar bizim burada olduğumuzu görmürlər?”.