Dünyada ilk dəfə Çində insanın H3N8 quş qripinə yoluxma halı qeydə alınıb

Dünyada ilk dəfə Çində insanın H3N8 quş qripinə yoluxma halı qeydə alınıb

Çində dünyada ilk dəfə insanın H3N8 quş qripinə yoluxması halı qeydə alınıb.

İNFONEWS xəbər verir ki, bu barədə “BNO News” agentliyi Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, infeksiya mərkəzi Henan əyalətinin Jumadyan şəhərinin dörd yaşlı sakinində təsdiqlənib.

İnfeksiya aprelin 5-də ev quşları ilə təmas nəticəsində uşağa keçib. Nəticədə uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilir.

Komissiyanın ilkin qiymətləndirməsinə əsasən, H3N8 ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil, ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.

H3N8 qripi quşlarda, itlərdə və atlarda olur. İndiyədək virusun bu ştamının insanlara ötürülməsi faktı rəsmi olaraq qeydə alınmayıb. Eyni zamanda, agentlik qeyd edir ki, H3N8 1889-1890-cı illərdə təxminən 1 milyon insanın ölümünə gətirib çıxaran qrip pandemiyasının səbəbi ola bilər.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir