“Ankaragücü” klubu “Qarabağ”ın futbolçusunu alır

“Ankaragücü” klubu “Qarabağ”ın futbolçusunu alır

Müqavilə ilə “Qarabağ”a məxsus olan futbolçu Ovusu Kvabena Türkiyənin “Ankaragücü” klubunda qalacaq.

“GHANASoccernet” nəşri xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı hücumçunun çıxışından razıdır.

Klub icarə əsasında oynayan qanalı forvard ilə daimi müqavilə bağlamaq niyyətindədir. “Qarabağ”ın Kvabenanın satışından qazanc əldə edəcəyi bildirilib.

Oyunçu ilə maraqlanan Türkiyənin digər klubları “Ankaragücü” və “Qarabağ” arasındakı danışıqları izləyirlər. Onlar paytaxt klubunun ən yaxşı futbolçularından sayılan Kvabenanı əldə etməkdə maraqlıdırlar.

Qeyd edək ki, Ovusu Kvabenanın “Qarabağ”la 2023-cü ilin yayınadək müqaviləsi var. O, cari mövsüm I Liqada meydana çıxdığı 20 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir