“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” MMC yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-ni dövlət qeydiyyatına alıb.
“İNFONEWS” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69a, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Samir Teymur oğlu Məmmədovdur.