“Azərsun Holding” yanğınla bağlı məlumat verib

“Azərsun Holding” yanğınla bağlı məlumat verib

“Azərsun Holding” Sumqayıtda yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

“İNFONEWS” xəbər verir ki, məlumat şirkətə məxsus rəsmi “Facebook” səhifəsində paylaşılıb.

Bildirilib ki, “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın, qısa zamanda ətrafa yayılıb.

Ərazidə çalışan bütün əməkdaşlar təxliyyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir