Qazaxıstan 9 Mayda bu səbəbdən yenə hərbi parad keçirməyəcək

Qazaxıstan 9 Mayda bu səbəbdən yenə hərbi parad keçirməyəcək
Qazaxıstanda 9 May – Qələbə Günü ilə əlaqədar olaraq hərbi paradın keçirilməsi planlaşdırılmır.
Bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

“Tengrinews.kz” nəşrinin məlumatına görə, “İNFONEWS” xəbər verir ki, paradın keçirilməməsinə səbəb büdcə vəsaitlərinə qənaət etmək, eləcə də digər problemlərin həlli ilə bağlı yaranan zərurətdir.

“2022-ci ildə Qazaxıstan Silahlı Qüvvələrinin yaranmasının 30 illiyinə və Qələbə Gününə həsr olunan hərbi paradın keçirilməsi planlaşdırılmır”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Qazaxıstanda artıq ardıcıl olaraq 3-cü ildir ki, Qələbə Gününə həsr olunan parad keçirilmir. Belə ki, 2020 və 2021-ci illərdə Qazaxıstanda koronavirus səbəbindən parad keçirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir